⬇️ دانلود از باکس پایین 👇 کامنت یادت نره! 🗨️💖

Mənə qalan o şəkilin
Gülüşü tamam çəkilib
Dəlicə sevən ikili
Nə oldu indi?
Olmaz, olmaz
Necə unudar bir adam
Bu qədər olarmı asan
Çıxa bilərəmmi yadından
Yalan demə
Hələ də unutmamısan ki, məni
Darıxıram, sevirəm deyəni
De unudarmı sevən sevəni
Yalan demə
Daha çatan deyiləm dadına
Yanasan ayrılığın oduna
Hər unudanda düşüm yadına
Qapı-qapı gəzsən belə
Məni tapa bilsən yenə
Ürəyimi tutsan dilə
Əvvəlki olmaz
Daha mənə qaldınsa gec
Üz-üzə gələk, görmə keç
Desəm olar, inanma heç
Sən bil ki, olmaz