⬇️ دانلود از باکس پایین 👇 کامنت یادت نره! 🗨️💖

Bu sevgi uzaq dayan
boğar kədər, qəhər səni
çətin bir insanam biraz
bu sevgi incidər səni
Mən özümə hörmət etmişəm
mən özümə vermişəm dəyər
qaşım gözəl, gözüm gözəl
olur mənimçün bir nəfər
Gəlişim bir başqa, gülüşüm bir başqa
fərqliyəm hər kəsdən, yerişim bir başqa
Səni mənə nədir bağlayan
ürəyini nədir dağlayan
səbəbi bu gözəlliyimi
yanımda nədir saxlayan
mənə çox da fərq eyləmir
sənsən o darıxıb ağlayan
düşünüb xəyal edən sən
gecə yastığı qucaqlayan
Yaşa həyatını özəl
sevən əzab çəkər insan
azad olan həyat gözəl
sevən hər an, görər ziyan
Mən özümü sevdim hər zaman
mənim bu sevdam ayrıdır
sənin də dünyan ayrıdır
mənim də dünyam ayrıdır