⬇️ دانلود از باکس پایین 👇 کامنت یادت نره! 🗨️💖

پاییز گلیر یاواش یاواش
هوا یئنه سرینلشیر
کونلوم اونا یاخینلاشیر
عشقیم اونا درینلشیر
پاییز گلیر یاواش یاواش
یارپاغلاری سریر یره
منیمده گوز یاشیم اونونلا
یاغیش اولور گلیر یره
پاییزی سویرم منع تای غملیدی
اورک سیخیلمیش گوزلری نملیدی
پاییزی سویرم اودا عاشیق اولوب
گیزلی بیر غمدن رنگی سولوب
پاییز گلیر منی اوزومنن آلیر
اونلا اولان خاطیریه باغلاییر
کهنه محبتی سالیر یادیما
اوزومده گولسه اورییم آغلاییر
###
Payız gəlir yavaş yavaş
Hava yenə sərinləşir
Könlüm ona yaxınlaşır
Eşqim ona dərinləşir
Payız gəlir yavaş yavaş
Yarpaqları sərir yerə
Mənimdə göz yaşım onunla
Yağış olur gəlir yerə
Payızı sevirəm mənə tay qəmlidi
Ürək sıxılmış gözləri nəmlidi
Payızı sevirəm oda aşiq olub
Gizli bir qəmdən rəngi solub
Payız gəlir məni özümdən alır
Onla olan xatirəyə bağlayır
Köhnə məhəbbəti salır yadıma
Üzüm də gülsə ürəyim ağlayır